Özbəkistanda 54 nəfərin prezidentlik sevdası puç oldu

Özbəkistanda 54 nəfərin prezidentlik sevdası puç oldu
DÜNYA
18:58 08.07.2023
282
"Özbəkistanda keçiriləcək növbədənkənar prezident seçkisində 58 namizəd iştirak etmək arzusunda olduğunu bildirib”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Özbəkistan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Zayniddin Nizamxocayev mətbuat konfransında deyib.

MSK sədri yekunda dörd nəfərin namizədliyinin təsdiqləndiyini bildirib. Bunlar Özbəkistan Xalq Demokratik Partiyasından Uluqbek İlyasoviç İnoyatov, Liberal Demokrat Partiyasından Şavkat Miromonoviç Mirziyoyev, "Adolat” Sosial Demokrat Partiyasından Robaxon Anvarovna Mahmudova, Özbəkistan Ekologiya Partiyasından Abduşükür Həmzəyevdir.

MSK rəhbəri bildirib ki, seçkinin gedişini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) və İslam Əməkdaşlıq Təşkilatından (İƏT) olan müşahidəçilər izləyəcəklər.
OXŞAR XƏBƏRLƏR