Özbəkistanda avtobus partladı

Özbəkistanda avtobus partladı
DÜNYA
18:40 18.08.2022
292
Özbəkistanda avtobusda qaz balonu partlayıb. Nəticədə altı nəfər ölüb, 15 nəfər yaralanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Agentliyin məlumatına görə, hadisə Sırdərya rayonundakı yanacaqdoldurma məntəqəsində baş verib. Yerli sürücülük məktəbinə məxsus "İsuzu” markalı avtobusda qaz balonlarından biri partlayıb.

Hadisə avtobusa metan yanacaq doldurarkən baş verib.
OXŞAR XƏBƏRLƏR