Özbəkistanda mədəndən qızıl oğurlamaq istəyən 2 nəfər öldü

Özbəkistanda mədəndən qızıl oğurlamaq istəyən 2 nəfər öldü
DÜNYA
18:39 03.07.2023
239
Özbəkistanda yeraltı mədəndən qızıl oğurlamaq istəyən iki nəfər ölüb.

Bu barədə "Sputnik Özbəkistan" məlumat verib.

"Səmərqənd vilayətindəki "Zarmitan” mədənində üzərlərində xəsarət izləri olan 2 gəncin meyiti tapılıb”, - Baş Prokurorluğun nümayəndəsi bildirib.

İlkin məlumata görə, həmin şəxsləri filiz daşıyan yük maşınlardan biri vurub. Meyitlərin yanında içərisində 94 kiloqram qızıl filizi olan kisələr tapılıb.
 

OXŞAR XƏBƏRLƏR