Özbəkistanla ABŞ 12 milyard dollarlıq sazişlər imzalayıb

Özbəkistanla ABŞ 12 milyard dollarlıq sazişlər imzalayıb
DÜNYA
23:20 19.10.2026
170
Özbəkistanla ABŞ arasında ümumi məbləği 12 milyard dollar olan layihələrin həyata keçirilməsini nəzərdə tutan sazişlər imzalanıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mətbuat xidməti xəbər verir ki, onun ABŞ dövlət katibi Marko Rubio ilə görüşündə iki ölkə arasında genişləndirilmiş strateji tərəfdaşlığın işə salınmasına xüsusi diqqət yetirilib.

"Bu formatda ilk dialoqun yekunlarına əsasən, ümumi məbləği 12 milyard dollar olan layihələrin həyata keçirilməsini nəzərdə tutan bir sıra sazişlər imzalanıb. İmzalanmış sənədlər sırasına kosmik fəzanın sülh məqsədilə mənimsənilməsi sahəsində beynəlxalq əməkdaşlığın inkişafına yönəlmiş "Artemida sazişləri" də daxil olub", - məlumatda bildirilib.

Görüşdə qeyd edilib ki, 2026-cı ilin əvvəlindən Özbəkistan və ABŞ arasında əmtəə dövriyyəsi 35% artıb.

Hazırda ölkələr mülki aviasiya, avtomobilqayırma, mədənçıxarma sənayesi, energetika, kənd təsərrüfatı, rəqəmsallaşma və maliyyə sektorunda iri birgə layihələr həyata keçirir.
 
///report///
OXŞAR XƏBƏRLƏR