Özcan Dəniz ilə Feyza Aktan nikaha girib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özcan Dəniz 7 aylıq hamilə sevgilisi Feyza Aktan ilə 8 Mart Qadınlar Günündə öz villasında nikaha girib.
İyun ayında toy edəcək övladlarına Kuzey adını qoyacaqlar.
Özcan Dənizin Zekeriyaköydəki lyuks villasındakı nigaha 15 nəfər iştirak edib. Cütlüyün şahidləri ilə ailə yaxınları olub. Feyza gəlinlik əvəzinə sadə ağ paltar geyinməyi üstün tutub.
Özcan Dəniz nigahdan 1 həftə əvvə qardaşı Ercan Dənizə belə deyib: ”Nikahımın Dünya Qadınlar günündə olmasını istəyirəm. Yoldaşım və bütün qadınlar başımın tacıdır”.
Nərmin İbrahimova