İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR

İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
MAQAZİN
17:33 28.02.2025
234
Bu gün Eyyub Hüseynzadə və təsisçisi olduğu "Anadolu Events”in təşkilatçılığı ilə Türkiyənin məşhur siması, milyonların sevimlisi Özcan Dəniz Bakıda konserti proqramı ilə çıxış edəcək.

AZXEBER.COM xəbər verir ki, konsert səbəbilə Bakıya dəvət olunan sənətçi bir az əvvəl Heydər Əliyev adına Hava Limanında təyyarədən enib və media nümayəndələrinin suallarını cavablandırıb.

Özcan Dəniz jurnalistlərə açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: "Özümü çox yaxşı hiss edirəm, heç bir problem yoxdur. Mən buraya məhz sevənlərim üçün gəlmişəm, axşam konsertdə görüşərik”.
 
Xatırladaq ki, Özcan Dənizin Bakı Konqres Mərkəzində keçiriləcək konsertinə biletlər, cəmi, 15 gün ərzində bitib.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR