Özcan Deniz üzr istədi: Azərbaycanla bağlı yeni film çəkirəm

Özcan Deniz üzr istədi: Azərbaycanla bağlı yeni film çəkirəm
MAQAZİN
00:30 08.01.2017
11231
Dünən Azərbaycan mediasında Özcan Dənizin erməni dilində mahnı oxuduğu bir video paylaşılaraq tənqid edilmişdi.
 
AZXEBER.COM xəbər verir ki, müğənni bu gün həmin görüntülərlə bağlı açıqlama yayıb: "Sevgili Azərbaycanlı qardaşlarım, təxminən 10 il əvvəl "Mədəniyyət körpüləri" adlı bir konsert silsiləmiz var idi. Bu konsertdə Mesopotamiyaya aid bir çox dildə mahnı oxuduq. Bu video layihənin tanıtımı üçün 8 il əvvəl iştirak etdiyim bir proqramdandır. Repertuarda hətta ispan və ingiliscə mahnılar da var idi. Kanal 24-də yayımlanan "Kafa Dengi" proqramına da təminən 10 il əvvəl bu konsertlərin tanıtımı üçün çıxmışdım və oxuduğum da sadəcə həmin an əzbər bildiyim bir türkü idi. Emin Sabitoğludan bəhs etməli idim, haqlısınız. Sadəcə bunun üçün sizdən üzr istəyə bilərəm. Məlumatsızlığıma bağışlayın! Mən artıq səhnəyə çıxmıram... Sənətin dili, dini, irqi olmaz. Sizə orada hansı media orqanı necə təqdim edir, bilmirəm, amma təhrif etdikləri dəqiqdir. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu qəsdən edilən davranış məni ən az sizin qədər kədərləndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları ən az sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir, mən hər il Xocalı Soyqırımının ildönümündə kədərinizi paylaşıram. Bir neçə dəfə Bakıda Şəhidlər Xiyabanına gedib dua etmişəm. Allah bilir ki, çəkdiyim seriallarda Azərbaycan xalqını alçaldacaq hər cür ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim münasibətim daha fərqlidir. Türk filmini Azərbaycana ilk gətirən mənəm.
 
Türkiyədə Azərbaycan sənətçilərinə ilk dəfə konsert təşkil edən də mənəm. Hazırda azərbaycanlı dostlarımızla iki qardaş ölkənin ortaq dəyəri olan "Koroğlu" dastanını çəkmək üçün görüşlər keçiririk. Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlı qardaşlarım da hər zaman mənim dostlarım olacaq. Buna zərər vermək istəyənlər sadəcə etdikləri pisliklə qalacaqlar. Sizləri sevirəm və pisniyyətli insanlara deyil, qəlbimə inanın. Allaha əmanət olun".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhalinin son sayı açıqlandı
10:27 18.06.2026
Əhalinin son sayı açıqlandı
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"