Aktyor Özcan Dənizin "İstanbullu gəlin”in çəkilişi zamanı halı pisləşib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 45 yaşlı aktyor xəstəxanaya yerləşdirilib. Özcanın qardaşı mətbuata açıqlamasında qorxulu vəziyyət olmadığını deyib:
"Son 15 gündə bir neçə dəfə xəstəxanaya getmişik. Müayinələr aparılır. Ehtimal ki, çox işləməkdəndir. Hazırda qorxulu heç nə yoxdur. Evə buraxılıb, dincəlir”.
Qeyd edək ki, Ö.Dəniz özündən 20 yaş kiçik sevgilisi Şeyda Aktanla toya hazırlaşır.