Özcan Dənizin bacısı: "Qardaşım bizi ölümlə təhdid edir"

Özcan Dənizin bacısı: "Qardaşım bizi ölümlə təhdid edir"
MAQAZİN
10:49 30.07.2025
163
Özcan Dənizin qardaşı Ərcan Dəniz ilə olan qalmaqalına bacısı Sibel Semerci də qoşulub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özcan Dənizi dəstəkləyən Sibel Semerci böyük qardaşı Ercan Dəniz haqqında bəzi fikirlər səsləndirib.
 
O, qardaşı tərəfindən ölümlə hədələndiklərini iddia edib:

"Əgər bizi ölüm təhdidləri və söyüşlərlə qorxutduğunu düşünürsənsə, atdığın hər səhv addımda olduğu kimi yanılırsan. Mən səndən qorxmuram, amma yaxşı bilirəm ki, necə çirkinləşə bilərsən. Televiziyalarda ailəmizi gülüş obyektinə çevirməkdən bu qədər həzz alırsan. Bizim sənədlərimizlə borc götürüb, yığılan borcları da Özcan Dənizin üzərinə atıb necə qaça bildin? Sən qorxaq bir zavallısan".
 
Aysel
OXŞAR XƏBƏRLƏR