Özcan Denizin erməni mahnısı oxuması aranı qarışdırdı - VİDEO

Özcan Denizin erməni mahnısı oxuması aranı qarışdırdı - VİDEO
SOSİAL
12:44 07.04.2017
1155
 
Türkiyənin məşhur müğənnisi, aktyoru Özcan Denizin ikinci dəfə erməni mahnısını oxuması ölkəmizdə etirazla qarşılanıb.
 
Müğənni yenidən erməni dilində mahını ifa etməsi ilə gündəmə gəlib. Sosial şəbəkələrdə yayılan videodan bəlli olur ki, aktyor baş rolda çəkildiyi "İstanbullu gəlin” serialının hazırlıqları zamanı qrim otağında fonda səslənən erməni mahnısını zümzümə edir. Bu isə ölkəmizdə etirazla qarşılanıb. Hətta sosial şəbəkələrdəki şərhlərdə onun erməni əsilli olması haqda fikirlər də qeyd olunub. 

Qeyd edək ki, Özcan Dəniz illər əvvəl də erməni dilində mahnı oxuduğu üçün ölkəmizdə ciddi şəkildə tənqid olunmuşdu. O, haqlı etirazlardan sonra Azərbaycandan üzr istəmişdi. 

OXŞAR XƏBƏRLƏR