Özcan Dənizin məhkəmə işində qərar açıqlandı – VİDEO

Özcan Dənizin məhkəmə işində qərar açıqlandı – VİDEO
MAQAZİN
23:32 24.12.2021
389
Türkiyənin populyar ifaçısı və aktyoru Özcan Dənizlə keçmiş həyat yoldaşı Feyza Aktan arasında davam edən qəyyumluq işi üzrə məhkəmənin yekun qərarı açıqlanıb.

Hakim uşağın anasının himayəsində qalmasına, Özcan Dənizin isə ziyarət günlərinin artırılmasına qərar verib.

Qeyd edək ki, Özcan Dəniz Feyza Aktan ilə 8 mart 2018-ci ildə ailə qurub. Bir oğlan uşağı olan cütlük anlaşa bilmədikləri üçün boşanmaq qərarına gəliblər.  

Evliliklərini bitirən valideynlər övladlarının qəyyumluğu üçün məhkəməyə müraciət ediblər.

OXŞAR XƏBƏRLƏR