Özcan Dənizin qardaşı həbs olundu

Özcan Dənizin qardaşı həbs olundu
MAQAZİN
11:14 18.06.2025
263
Məşhur türkiyəli müğənni Özcan Dənizin böyük qardaşı Ercan Dənizin icazəsiz Özcan Dənizin evinə girərək həyat yoldaşı Samar Dadgarı hədələdiyi iddia edilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbr verir ki, məhkəməyə daşınan qalmaqalda qərar qəbul olunub.
 
Məhkəmə ifadələri və sübutları nəzərə alaraq Ercan Dənizin barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qərara əsasən, Ercan Dəniz nə Samar Dadgar, nə də yaşadığı evə yaxınlaşa bilməyəcək.
 
Xatırladaq ki, qardaşlar arasında mübahisə Denizin ailə qurduğu iranlı Samar Dadgara görə baş vermişdi. Deniz ailəsi onu gəlini kimi qəbul etmədiyi üçün, Özcan Deniz anası da daxil olmaqla ailəsi ilə bütün iş və mənəvi bağlarını qopardığını açıqlamışdı.
 
Aysel
OXŞAR XƏBƏRLƏR