Tanınmış türk müğənnisi Özcan Denizin sevgilisi Fahriye Evcen seriallara çəkilməməsinin səbəbindən danışıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, geyim dükanlarının birindən qısa yupkada çıxan aktrisa seriallara ara verməsini yeni filmlərin çəkilişləri ilə izah edib: “Mayda yeni filmimiz nümayiş olunacaq. Hazırda onun çəkilişləri gedir”.
Tanınmış aktrisa hazırda serialda çəkilmək kimi bir fikrinin olmadığını söyləyib.