Özcan xəstə anasını tək qoymadı - Özəl xəstəxanaya yerləşdirdi

Özcan xəstə anasını tək qoymadı - Özəl xəstəxanaya yerləşdirdi
MAQAZİN
13:22 05.02.2026
328
Anası Kadriye Deniz ilə küsülü olan müğənni Özcan Deniz, anasının ağır xəstəliyə tutulması ilə ona barışıq əli uzadıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, xərçənglə mübarizə aparan anasını Aydından İstanbula gətirərək onu özəl xəstəxanaya yerləşdirib.
 
O, bacılarına analarına yaxşı baxmaları üçün təlimatlar verib.

Özcan Denizin bacıları sosial media hesablarından qardaşlarına təşəkkür edərək təriflər yağdırıblar:

"Qardaşım anamızın vəziyyətinin pisləşdiyini biləndə dərhal müdaxilə etdi. Bizi ilk olaraq Aydına, oradan da İstanbula gətirdi. Anamıza lazım olan bütün qayğını və yardımı göstərmək üçün hər kəsə təlimat verdi.  Özcan sadəcə bizim qardaşımız yox, o, bizim atamız, hər şeyimizdir. Kiminsə ehtiyacı olanda həmişə ilk kömək edəndir. Anamız üçün hər şey edir. Allah ondan razı olsun".
 
Aysel
OXŞAR XƏBƏRLƏR