Zəfər Günü Azərbaycanın qüdrəti və qətiyyəti ilə yazılmış unudulmaz tarixdir

Zəfər Günü Azərbaycanın qüdrəti və qətiyyəti ilə yazılmış unudulmaz tarixdir
SİYASƏT
08:36 05.11.2022
873
Şanlı Qələbəmiz Azərbaycanın malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Reallıq budur ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq işlərinə yönəldildi. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin  siyasətinin əsasını təşkil etdi. Məhz ulu öndər Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları xalqın dəstəyi ilə cənab İlham Əliyev axıra çatdıracaq. Ona Özüm qədər inanıram.
Belə bir inamın ifadə edildiyi müraciətdən 17 il sonra Azərbaycan tarixi Zəfərə imza atdı.
Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.
Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir. Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu maddi-texniki təchizat, döyüş hazırlığı və döyüş ruhu baxımından tam üstünlüyə malikdir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir.
Azərbaycan xalqı tarixi Zəfərimizlə bir daha dünyaya məğrur, yenilməz xalq olduğunu nümayiş etdirdi. Artıq Qarabağ münaqişə tarixə qovuşub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi kimi, biz artıq gələcəyə baxmalıyıq. Hazırda əsas hədəf dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin şahidləridir. Evlər, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib, izləri silmək üçün bütün tikililər dağıdılıb. Ermənilər unutdular ki, tarixi faktları, həqiqətləri silmək qeyri-mümkündür. Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Azərbaycan dövləti daim tarixin yaddaşına söykənərək ermənilərin zaman-zaman azərbaycanlılara və türklərə qarşı soqırımı siyasəti həyata keçirdiklərini dünyaya çatdırır. Bu gün danışan, qalib olan yalanlar deyil, tarixi faktlardır. Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanaraq 44 günlük İkinci Qarabağ müharibəsində tarixi ədaləti bərpa etdi. Bu gün tarixi sahibinə qovuşan torpaqlarımız quruculuq meydanına çevrilib.

Naftalan şəhər sakini Rəna Dəmirova
OXŞAR XƏBƏRLƏR