"Zəfər salnaməsi"

"Zəfər salnaməsi"
SİYASƏT
12:43 07.11.2023
156
Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsi tarixi ədalətin bərpası, dövlətimizin və xalqımızın qələbəsi ilə başa çatdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu zəfərlə vətənimizi bütün dünyaya həm də döyüş meydanında qalib dövlət kimi tanıtdı.

Üç il əvvəl sentybrın 27-də Azərbaycan Silahlı Qüvvələri əks-hücum və cavab tədbirlərinin həyata keçirilməsinə başladı. Elə hərbi əməliyyatların ilk günündən düşmən sözün əsl mənasında peşman edildi. Vətən müharibəsinin hər günü müasir döyüş imkanlarından istifadə edən Azərbaycan Ordusunun 

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın idi işğal altında saxladığı rayonlarımızı, şəhər və kəndlərimizi bir-birinin ardınca azad etdi. Əməliyyatlar başlanandan qısa müddət sonra Cəbrayılda, Füzuldə, Zəngilanda, Qubadlıda, xalqımızın milli kimliyinin təsdiqi olan Xudafərin körpüsündə Azərbaycan bayrağı dalğalanmağa başladı. İranla dövlət sərhədinin 132 kilometrlik hissəsinə nəzarət tam təmin olundu. Laçın, Xocavənd və Tərtər rayonlarının kəndləri də daxil olmaqla, 300-ə yaxın yaşayış məntəqəsi işğaldan təmizləndi.

Prezident İlham Əliyev müsahibələrinin birində demişdi ki, "Şuşasız bizim işimiz yarımçıq olar. Çünki Şuşa bizim döyünən ürəyimiz, qürur mənbəyimiz, qeyrət qalamızdır”. 2020-ci il noyabrın 8-də, Dövlət Bayrağı Günü ərəfəsində qədim Azərbaycan şəhəri, milli mədəniyyətimizin, milli musiqimizin beşiyi, qürur ünvanımız olan Şuşa şəhərinin işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsində bütün Azərbaycan dövlətçiliyinin tarixinə qızıl hərflərlə düşən hadisə oldu. Təsadüfi deyil ki, cənab İlham Əliyevin həmin gün "Şəhidlər Xiyabanı” dan xalqa müraciətində Şuşanın azad olunduğunu bəyan etməsi Azərbaycanın hər yerində böyük coşqu ilə qarşılandı.

Öz ərazilərini işğaldan təmizləməklə Azərbaycan Ermənistanı, ilk növbədə, BMT-nin qətnamələrini yerinə yetirməyə məcbur etdi. Öz xoşu ilə vaxtilə qətnamələrin tələblərini yerinə yetirməyən işğalçı indi qəhrəman ordumuz tərəfindən cəzalandırılaraq torpaqlarımızdan qovuldu.

Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. Bununla da Ordumuz dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri olduğunu əyani göstərdi. Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi səyləri öz bəhrəsini verdi və bu gün ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların reytinqlərinə əsasən Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasında yer almışdır.

Düz üç il əvvəl 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olunanda çoxları Xankəndinə niyə girmədiyimizi sual verirdi. Hətta xaricdə oturub düşmənlərimizin sifarişilərini icra edənlər bu məsələdən dövlət siyasətimizə kölgə salmaq üçün istifadə etdilər. Ölkə başçımız bütün prosesləri görür və hər bir məsələyə böyük səbirlə yanaşırdı. Hətta onların cavabı olaraq "nəyi, necə və nə zaman etmək lazım olduğunu-bunu mən bilirəm” deməklə kifayətlənmişdi. Zaman ölkə başçımızın dediyi sözlərinin reallıq olduğunu sübut etdi. Artıq 15 oktyabrda dövlət bayrağımız Xankəndində də ucaldıldı. Azərbaycan dövləti bütün ərazilərində suverənliyini bərpa etdi. Biz artıq Xankəndinə, Xocalıya və Xocavəndə də qayıtmışıq. Bundan sonra bu ərazilərə də dövlət bayrağımız altında sülh, əmin-amanlıq və inkişaf gələcəkdir. Bütün uğurlara məhz Prezident İlham Əliyevin liderliyi sayəsində nail oluruq.

Xalqımız bütün dünyaya sübut etdi ki, həqiqətən, Torpaq uğrunda ölən varsa, Vətən olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin, qəhrəman Ordumuzu qorusun. Azərbaycan xalqı dost və qardaş ölkələrin öyünə biləcəyi, bədxahlarımızı isə olduqca məyus edən başqa bir həqiqəti də dünyaya nümayiş etdirdi. Nümayiş etdirdi ki, o, öz Prezidentinə tərəddüdsüz güvənir və qəbul etdiyi taleyüklü qərarların uğuruna zərrə qədər şübhə etmir. Xalqımız dünyaya sübut etdi ki, qüdrətli Öndərsiz heç bir xalq tarixi zirvələri fəth edə, uğur qazana bilməz. Tarixdə şəxsiyyət faktorunun rolunu kiçildən və ya ona dəyər verməyən istənilən cəmiyyət özünü bu cür nailiyyətlərdən məhrum etmiş olur. Məhz buna görə tariximizə həkk olunan ən böyük həqiqət ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, güclü və müstəqil Azərbaycanın qurulması ilə bağlı şanlı tariximizin təməlində Heydər Əliyevin xilaskar imzası, tarixi Zəfər salnaməsinin altında isə Ulu Öndərin siyasi varisi Prezident İlham Əliyevin müzəffər imzası dayanır.

Azərbaycan xalqına şanlı Zəfər bəxş etmiş İkinci Qarabağ müharibəsinin başlanmasının üçüncü ildönümü tamam olur. Bu möhtəşəm qələbə son 30 illik tariximizin ən parlaq səhifəsinə, xalqımızın Vətən və torpaq sevgisinin yenilməzliyinin təntənəsinə çevrildi. Vətən müharibəsi və onun cahanşümul nəticəsi dövlətimizin qüdrətinin, xalqımızın mətanətinin, ordumuzun və əsgərimizin şücaətinin, Prezidentimizin uzaqgörənliyinin nümayişi olaraq tarixə yazıldı.

Prezident İlham Əliyevin Qarabağın azadlığına aparan yolda uğurlu addımları hər şeydən əvvəl dövlətin qüdrətinin artırılmasını, onun iqtisadiyyatının gücləndirilməsini nəzərdə tuturdu. Prezident İlham Əliyev mövcud imkanları lazımınca dəyərləndirərək Azərbaycanın yeni güc potensialının yaradılması kimi tarixi missiyanı müvəffəqiyyətlə gerçəkləşdirməyə nail oldu. Qısa bir vaxtda Azərbaycanın iqtisadi landşaftı ciddi şəkildə dəyişdi, bu isə öz növbəsində həm ölkə daxilində iqtisadi fəallığın artırılmasını şərtləndirdi, həm də güclü cazibədarlığı sayəsində milyardlarla xarici sərmayənin ölkə iqtisadiyyatına axmasını təmin etdi.

Uğurlu Neft strategiyasının sayəsində ölkəmizə daxil olan böyük maliyyə resurslarının məqsədəuyğun şəkildə idarə edilməsi və ölkə üçün ən faydalı şəkildə istifadəsi öz nəticəsini verdi. Güclü iqtisadiyyat nəticəsində yaradılan ordu hər cür müasir silahlarla təmin edildi və bu da öz növbəsində qələbənin əsasini qoydu.

Bütün dövrlərdə və bütün sahələrdə ictimai uğurun ən əsas şərti həmişə lider amili ilə əlaqədar olmuşdur. Tarixi təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqət hərb sahəsində özünü daha aydın şəkildə büruzə verir. 44 günlük Vətən müharibəsi Azərbaycanın möhtəşəm zəfərində İlham Əliyevin şəxsində sərkərdə amilinin nə dərəcədə müstəsna rol oynadığının əyani təsdiqi hesab edilə bilər. Lakin İlham Əliyevin Qarabağın işğaldan azad edilməsində tarixi rolu yalnız 44 gün ərzində Ali Baş Komandan kimi misilsiz xidmətlər göstərməsi ilə bitmir. Müasir dövrün mahiyyətcə tam fərqli döyüşləri sayılan Vətən müharibəsində sərkərdə missiyasına başlamazdan əvvəl Prezident İlham Əliyevin ədalətin bərpası naminə böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işləri aparması heç zaman unudula bilməz və unudulmamalıdır. Şanlı qələbəni onlarsız təsəvvür etmək mümkün deyil.

Çox sevindirici haldır ki, bu il xalqımız Şanlı Zəfərimizin 3-cü ildönümünü daha böyük sevinclə qeyd edir. Sentyabrın 19-da cəmi bir gün davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Oktyabrın 15-də isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı. Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu.

Bu gün azad Qarabağımızda genişmiqyaslı quruculuq-abadlıq işləri aparılır. Qururluyuq ki, noyabrın 8-də Qələbəmizin üçüncü ilini – Zəfər Gününü qeyd edəcəyik. Zəfər Günü münasibəti ilə keçiriləcək hərbi parad isə Xankəndi şəhərində olacaq, saha sonra isə bayram tədbirləri Şuşa şəhərində davam edəcəkdir. Bu bizim hər birimizi sevindirir və qürurlandırır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
18:56 28.02.2025
"Arsenal" almaniyalı futbolçu ilə danışıq aparır
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
18:46 28.02.2025
Almaniya ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq dayandırılır
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
18:33 28.02.2025
ETX: Vətəndaşlar “Facebook” üzərindən saxta keçidlərə yönləndirilir
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
18:13 28.02.2025
XİN: Rusiya və ABŞ birbaşa uçuşların bərpası imkanlarını nəzərdən keçirir
Fazil Qasımova 10 il həbs cəzası istənilib
18:01 28.02.2025
Fazil Qasımova 10 il həbs cəzası istənilib
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
17:47 28.02.2025
Azərbaycan kinoteatrlarına Özbəkistan istehsalı yeni super-komediya gəlir
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
17:33 28.02.2025
İnfarkt keçirən Özcan Dəniz Bakıda - “Özümü çox yaxşı hiss edirəm” - FOTOLAR
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
17:30 28.02.2025
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir - FOTOLAR
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
17:20 28.02.2025
ADU-da "Süni intellekt dövründə media: Yeni çağırışlar" mövzusunda tədbir keçirilib - FOTOLAR
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
17:18 28.02.2025
İrana casusluq edən gəmi kapitanı Ali Məhkəməyə müraciət edib
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
17:02 28.02.2025
"Çox bahalı kostyumlarım var, kökəlmişəm, əynimə gəlmir" - VİDEO
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
16:55 28.02.2025
Türkiyədə yanacaq tankeri partladı: ölən və yaralananlar var
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
16:48 28.02.2025
Mənzurə yenidən plastik əməliyyat etdirəcək
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
16:47 28.02.2025
"Trendyol" azərbaycanlı istifadəçiləri üçün “Trendyol ev kolleksiyası’’nı təqdim edir
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
16:42 28.02.2025
Xərçənglə mübarizə aparan rəqqasədən xəbər var
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı
16:35 28.02.2025
Dünyaca məşhur geyim şirkəti iflasını açıqladı