Zəfəran insan beynini dalğın sklerozdan qorumağa kömək edir - SAĞLAMLIQ
SAĞLAMLIQ
16:37 30.12.2011
2656
Populyar ədviyyat olan zəfəranın tərkib hissəsi beyin hüceyrələrini, dalğın skleroz da daxil olmaqla, iltihabi xəstəliklərdən müdafiə edir. Trend-in məlumatına görə, bu barədə "The Times of India" "The Journal of Immunology" jurnalındakı məqaləyə istinadən xəbər verir.Məlumdur ki, iltihabi proses orqanizmin hüceyrələrə zərər vuran patogenlərdən xilas olmaq cəhdidir. Öz növbəsində, dalğın skleroz özünün müdafiə təbəqəsindən - mielindən məhrum olan neyronların iltihabı ilə xarakterizə olunur.Xəstəliyin simptomları, görmə qabiliyyətinin pozulması, əzələ spazmaları, hissiyatın itirilməsi, nitqdə problemlər, başgicəllənmə, depressiya da daxil olmaqla, özünü kəskin şəkildə büruzə verir. Kanadanın Albert Universitetindən Kris Pauer tədqiat apararaq zəfəranın tərkibində krosin adlanan maddənin olduğunu müəyyən edib.