“Zəfərə doğru” mövzusunda işgüzar görüş keçirilib

“Zəfərə doğru” mövzusunda işgüzar görüş keçirilib
SOSİAL
17:22 28.10.2021
265
28 oktyabr 2021-ci il tarixində Türkiyə Azərbaycan əməkdaşlığı çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə "Zəfərə doğru” mövzusunda işgüzar görüş keçirib.

AZXEBER.COM xəbər verir ki, görüş Türkiyə Respublikasında və Azərbaycanda fəaliyyət göstərən sahibkar qadınların iştirakı ilə baş tutub.

Görüşün əvvəlində Dövlət Komitəsinin sədri Bahar Muradova qonaqları salamlayıb. Türkiyə Respublikasında öz işi, bacarığı və uğurları ilə tanınan bir sıra xanımların Azərbaycana səfərinin əlamətdar hadisə olduğunu qeyd edən B.Muradova onu da əlavə edib ki, xüsusilə belə bir səfərin "Zəfərə doğru” adı altında baş tutması və Azərbaycanın həyatında çox vacib bir dönəmə təsadüf etməsi bizim üçün qürurvericidir. Sizin hər birinizin öz ölkənizdə əldə etdiyiniz uğurlar, nailiyyətlər bütün türk dünyası qadınlarının uğurlarıdır deyə B.Muradova əlavə edib.

Sədr qeyd edib ki, tarixin bütün mərhələlərində olduğu kimi, eləcə də 44 günlük Vətən müharibəsi dövründə çətinliklərlə üzləşən Azərbaycan qadınlarının qazanılan nailiyyətlərdə özünəməxsus yeri və imzası var. "Qadınlarımız öz fəaliyyət göstərdikləri sahədə zəfər üçün lazım olan hər şeyi etdilər. Bu torpaq uğrunda qan tökməyə hazır olan vətənpərvər övladlar böyüdərək, onları vətənin müdafiəsi üçün göndərdilər”.

Türk iş adamlarının rəhbərlik etdiyi ən müxtəlif istiqamətlər üzrə dərnəklərin, dövlət qurumlarının, vətəndaş cəmiyyətlərinin Azərbaycanda öz tərəfdaşını tapacağına inamını qeyd edən B.Muradova əlavə edib ki, dövlət orqanı olaraq bu əməkdaşlığın faydalarını daha da artırmaq üçün lazımi tədbirlər görəcəyik. "Biz qarşılıqlı səfərlərimizin davamlı olmasını və hər iki tərəfin əldə olunan razılaşmaların uğurlu fəaliyyətə çevrilməsini təmin edəcək qərarlar verəcəyinə ümid edirik”.

Görüşün davamında Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva çıxış edərək bildirib ki, tədbirin məqsədi Azərbaycan və Türkiyə iş adamları platforması çərçivəsində türk iş adamlarının Qarabağ bölgəsinə sərmayə qoymasıdır. Zəfər bayramı ərəfəsində ölkəmizə gələn iş adamları Azərbaycana investisiya yatırmaqda maraqlıdır. Qarabağda müxtəlif sahələr üzrə işlərin görülməsinə ehtiyac var. Bu məqsədlə Türkiyədən gələn iş adamları tekstil, səhiyyə, təhsil və müxtəlif sahələr üzrə xidmətlər göstərəcəklər.

Türkiyəli iş qadını Canan Göztəpə çıxışı zamanı qeyd edib ki, 20 türk iş qadınının iştirakı ilə Qarabağa səfər təşkil ediləcək və bölgənin inkişafına töhfə veriləcək.

Daha sonra çıxış edən Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova bildirib ki, iki qardaş ölkənin sahibkar xanımlarının həm dostluğu, həm də ortaq layihələri hər birimiz üçün çox əhəmiyyətlidir.

Bundan sonra qonaqlar tərəfindən fəaliyyət göstərdikləri biznes sahələri haqqında məlumat verilib, həmçinin əməkdaşlığın gələcək perspektivləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.

Yekunda qonaqlara Zəfər günlərində bizimlə birgə olduqları üçün minnətdarlığını bildirən Dövlət Komitəsinin sədri bu əlamətdar səfərin növbəti iş birlikləri üçün bir başlanğıc olacağını qeyd edib.

Sonda xatirə fotosu çəkilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO