Avstraliyanın Viktoriya ştatının Leongatha qəsəbəsində 48 yaşlı Erin Patterson hazırladığı zəhərli göbələk yeməyindən sonra 3 nəfərin ölümü, 1 nəfərin isə zəhərlənməsinə səbəb olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, məhkəmə onun əməllərini ən ağır kateqoriya cinayət sayaraq ömürlük həbs cəzasına məhkum edib.
Qərara əsasən, Patterson ən azı 33 il ərzində şərti azadlığa buraxılmaq üçün müraciət edə bilməyəcək. Hazırda o, yüksək təhlükəsizlikli həbsxanada gününün 22 saatını təkadamlıq kamerada keçirir.
Qeyd edək ki, 2023-cü ildə baş verən hadisədə Pattersonun yeməyindən sonra qayınatası, qayınanası və baldızı həyatını itirmiş, baldızının həyat yoldaşı isə uzun müalicədən sonra sağ qalmışdı. Ekspertiza onların zəhərli göbələk yediklərini təsdiqləmişdi.
Patterson günahsız olduğunu iddia etsə də, məhkəmə onu təqsirli bilib. O, Avstraliyada ən ağır cəzaya məhkum edilən qadın cinayətkar kimi tarixə düşüb.
Oksana