ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində həyəcanlı anlar yaşanıb.
AZXEBER.COM xəbər verir ki, Əməkdar jurnalist Xoşqədəm Hidayətqızının aparıcılığı və müəllifliyi ilə yayımlanan verilişə ABŞ-da yaşayan Zəhra adlı xanım müraciət edib. O 29 il öncə Türkmənistanda xəstəxanada dünyaya gələn zaman anası tərəfindən atıldığını və ata-anasını tapmaq istədiyini deyib.
Teleaparıcının komandası qısa müddət ərzində 29 yaşlı Zəhranı dünyaya gətirən xanımı tapa bilib. Zəhra atasının da kimliyini bilmək istədiyini deyib.
Teleaparıcı isə deyib ki, Zəhranın atası çox məşhur bir adamdır və onun kimliyini DNT testindən sonra hər kəsə açıqlayacaq: Zəhranın anası dünyaşöhrətli adamdır, onu hər kəs tanıyır. Zəhra da ona çox oxşayır, mən o adamın kimliyini bilirəm. Ancaq indi adını açıqlasam, qeyri-peşəkarlıq olar. Onun kimliyini DNT testindən sonra deyəcəm. Sadəcə onu deyə bilərəm ki, o adamın kimliyini açıqlayanda hər kəs şoka düşəcək, gündəm dəyişəcək.










































