Əməkdar artist Könül Kərimova mahnılarını oxuyan bəzi müğənnilərə etirazını bildirib.
AZXEBER.COM xəbər verir ki, o bu haqda qonaq olduğu "Gün ortası" verilişində danışıb.
Əməkdar artist onlara qadağa da qoyub:
"Hansı ki, zəif ifaçılar var, onların mənim mahnılarımı oxumaqlarını istəmirəm. Mahnımı cılızlaşdırırlar, mən də bunu bəyənmirəm. Mənim qədər gənclərə dəstək olan sənətçi bəlkə də yoxdur, buna da peşman deyiləm. Amma indi yetişən gənclər çox başqa cürədirlər.
Mən bəstəkar deyiləm, sadəcə içimdən gəldiyi üçün milli ruhda bir neçə mahnı bəstələmişəm. Sizin nə ixtiyarınız var ki, mahnını icazəsiz götürürsüz, dəyişdirirsiz, milli ruhdan çıxardıb oxuyursuz. Mən mahnılarımın gələcək nəsilə bu cür ötürülməsini istəmirəm".
Aysel









































