Zelenski: Ukrayna üçün “qırıcı koalisiyası” yaradılır

Zelenski: Ukrayna üçün “qırıcı koalisiyası” yaradılır
DÜNYA
17:05 15.05.2023
157
Böyük Britaniyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski Baş nazir Rişi Sunakla Kiyevin daha çox döyüş təyyarəsi ilə təmin edilməsini müzakirə edib.

bu barədə Zelenski görüşdən sonra açıqlamasında bildirib.

O, Qərb müttəfiqlərinin Kiyevi daha çox döyüş təyyarəsi ilə təmin etməsi perspektivi ilə bağlı nikbin hiss etdiyini deyib.

"Bu gün biz qırıcılarla bağlı danışdıq, bu bizim üçün çox vacib mövzudur. Biz qırıcı koalisiyası yaratmaq istəyirik və mən bununla bağlı nikbinəm. Biz bu barədə danışdıq. Belə görürəm ki, çox yaxın vaxtlarda siz çox vacib qərarlar eşidəcəksiniz, lakin biz bunun üzərində bir az daha işləməliyik”, - Zelenksi deyib.
 
///apa
OXŞAR XƏBƏRLƏR