Zelenski 2025-ci ildə müharibənin başa çatması üçün lazım olan şərtləri açıqlayıb

DÜNYA
20:42 09.02.2025
202
Ukraynada müharibənin 2025-ci ildə başa çatması mümkündür, lakin bunun üçün zəruri tədbirlər görülməlidir. Xüsusilə, Rusiyaya qarşı sanksiyalar gücləndirilməli və ölkəmizə təhlükəsizlik zəmanətləri verilməlidir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın ITV News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kiyev "yalnız təcavüzün yeni dalğasını təxirə salacaq" münaqişənin dondurulmasını qəbul etməyəcək.

"Əgər Rusiyaya işğal olunmuş əraziləri nəzarətdə saxlamağa icazə verilərsə, Vladimir Putin bunu cəzasızlıq siqnalı kimi qəbul edəcək və bir neçə ildən sonra yenidən müharibəyə başlayacaq. Bizə yeni təcavüzü qeyri-mümkün edəcək real təhlükəsizlik zəmanətləri lazımdır", - Zelenski vurğulayıb.

O, həmçinin qeyd edib ki, ədalətli sülh planı beynəlxalq hüquqa əsaslanmalı və Ukraynanın maraqları nəzərə almalıdır, yalnız üçüncü ölkələr üçün faydalı olmamalıdır.

V.Zelenski 2025-ci ildə müharibəni başa çatdırmaq üçün bütün imkanların yarandığını və ABŞ Prezidenti Donald Trampın da bunu istədiyini əlavə edib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

OXŞAR XƏBƏRLƏR