İndi Ukrayna Silahlı Qüvvələrinə 500 min nəfərin səfərbər edilməsinə ehtiyac yoxdur.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski finlandiyalı həmkarı ilə birgə keçirilən mətbuat konfransında bildirib.
Vladimir Zelenski Silahlı Qüvvələrinin şəxsi heyətinin yoxlanmasına görə Baş Komandan Sırskiyə təşəkkür edib və cəbhə üçün lazımi sayda əsgərin hazırlanacağına aydınlıq gətirib.
"Nə qədər şəxsin səfərbər olacağına gəlincə, bunu hələ deməyə hazır deyilik. Onu deyə bilərəm ki, Rusiya iyunun 1-də 300 min hərbçini səfərbər etməyə hazırlaşır”, - Ukrayna dövlət başçısı bildirib.