Zelenski ABŞ Senatının iclasında video zəng vasitəsilə danışacaq.
AZXEBER.COM xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu gün ABŞ Senatının iclasında video zəng vasitəsilə danışacaq.
Bu barədə məlumatı ”Voice of America” verib.
Bildirilib ki, Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ Senatının iclasında "Zoom” vasitəsilə çıxış edəcəyi gözlənilir.
"Reuters” agentliyinin məlumatına görə, ABŞ-ın Ukraynadakı səfirliyi şənbə günü, martın 5-də Zelenskinin videozəngini təşkil edəcək.
Ayşən Mirzəyeva