"ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm".
AZXEBER.COM türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski öz sosial media hesabında etdiyi paylaşımda deyib.
Sosial media hesabından açıqlama verən Zelenski Sloveniyanın baş naziri Robert Qolob ilə telefonla danışdığını bildirib.
Zelenski Golobu keçən həftə İngiltərənin paytaxtı Londonda keçirilən Ukrayna görüşü ilə bağlı məlumatlandırdığını bildirib və bunları qeyd edib:
"Biz ədalətli və davamlı sülhə nail olmaq üçün ilk addımları atacaq plan hazırlayırıq. Onun üzərində sürətlə işləyirik. O, yaxın gələcəkdə hazır olacaq. Avropanın müharibəni bitirmək və təhlükəsizliyin təmin edilməsi ilə bağlı ümumi baxışı var. Ukrayna ABŞ ilə gələcək danışıqlar masasında olmalıdır".
Oksana