Zelenski ABŞ Konqresində çıxış edəcək

Zelenski ABŞ Konqresində çıxış edəcək
DÜNYA
10:11 16.03.2022
210
Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə günü ABŞ Konqresi qarşısında çıxış edəcəyini təsdiqləyib.

Bu barədə Ukrayna lideri "Facebook” hesabında yayımlanan videomüraciətində qeyd edib.

"Çərşənbə günü ABŞ Konqresində çıxışım planlaşdırılıb. Vacib hadisədir”, - deyə V.Zelenski bildirib.

O, həmçinin Ukraynaya dəstək üçün ayrılmış 13,6 milyardlıq yardım paketi səbəbilə ABŞ Prezidenti Co Baydenə təşəkkürünü çatdırıb.
OXŞAR XƏBƏRLƏR