ABŞ əvvəllər Ukraynada "Şahid”lərlə (PUA) mübarizə üçün istifadə edilməsi planlaşdırılan 20 min raketi Yaxın Şərqə ötürüb.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "ABC News” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, "Şahid”lərlə (mübarizədə-red) böyük problemlər var, lakin Ukrayna bununla mübarizə aparır və onları məhv etmək üçün vasitələr axtarır. "Ancaq biz bir şey tapdıq və qərar verdik - məncə, bu, əvvəlki administrasiyanın dövründə idi, onda müdafiə naziri (Lloyd-red) Ostin idi. Onunla bir layihə üzərində qərar verdik, bu layihəyə ümid edirdik.
"Şahid"lərə qarşı döyüşmək üçün 20 min raket. Bu, ucuz idi, amma xüsusi texnologiyadır. Biz həmin 20 min raketə ümid edirdik. Bu səhər müdafiə nazirim mənə ABŞ-nin onları Yaxın Şərqə göndərdiyini söylədi", - Zelenski deyib.
İyunun 5-də "The Wall Street Journal” qəzeti yazıb ki, Tramp administrasiyası Ukraynanın Rusiyanın pilotsuz təyyarələrini vurmaq üçün istifadə etdiyi raket detonatorlarını ABŞ ordusuna yönləndirmək qərarına gəlib. Nəşr qeyd edib ki, Pentaqon ötən həftə Konqresə detonatorların ABŞ Hərbi Hava Qüvvələrinin hazırda Yaxın Şərqdəki bölmələrinə verildiyini bildirib.
///Report