Zelenski ailəsini ölkədən çıxarmaqdan imtina etdi

Zelenski ailəsini ölkədən çıxarmaqdan imtina etdi
DÜNYA
16:19 08.06.2023
201
Ukrayna Prezidenti Volodimir Zelenski ailəsini Ukraynadan çıxarmaqdan imtina etdiyini bildirib.

AZXEBER.COM xəbər verir ki, bu barədə o, Almaniyanın Bild nəşrinə müsahibəsində deyib:

"Uşaqlarım Ukraynadadır, oğlumun on yaşı var. O, xaricə aparıla bilərdi, amma nə mən, nə də həyat yoldaşım bu barədə düşünməmişdik”, - deyə Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, ölkə üçün belə ağır bir vaxtda övladlarının "xaricə gedib çimərlikdə günəş vannası qəbul etməsini” ədalətsizlik hesab edir.

Zelenskinin qeyd edib ki, onun ailəsi yaşananlardan çox narahatdır:

"Təbii ki, uşaqlarım qorxur. Biz bir-birimizi sevirik və bir-birimiz olmadan necə yaşayacağımızı təsəvvür etmək çox çətindir”.

Şəbnəm Zahir
OXŞAR XƏBƏRLƏR