Zelenski: “Avropadan daha çox silah və dəstəklə qayıtdım”

Zelenski: “Avropadan daha çox silah və dəstəklə qayıtdım”
DÜNYA
15:16 16.05.2023
150
Avropanın 4 ölkəsinə səfərini başa vuran Ukrayna Prezidenti Volodimir Zelenski xalqa gündəlik müraciətində sözügedən səfərləri dəyərləndirib. 

AZXEBER.COM xəbər verir ki, Zelenski ölkəyə daha çox silah, Ukrayna xalqı üçün daha çox müdafiə və daha çox siyasi dəstək ilə qayıtdığını bildirib.

Ölkəyə daha çox silah, Ukrayna xalqı üçün daha çox müdafiə və daha çox siyasi dəstəklə qayıtdığını bildirən Zelenski bütün görüşlərində Ukrayna Sülh Formulasının müzakirə edildiyini bildirib.

İtaliyaya ilk dayanacağında baş nazir Giorgia Meloni, prezident Sergio Mattarella və Papa Francis ilə görüşdüyünü ifadə edən Zelenski ukraynalıların həyatının qorunmasında göstərdiyi köməyə görə İtaliyaya təşəkkür edib. Almaniyaya səfəri zamanı prezident Frank-Valter Steinmer və baş nazir Olaf Şolzla görüşdüyünü deyən Zelenski paytaxt Berlindəki təmaslarından sonra Ukrayna əsgərlərinin təlim keçdiyi Axen şəhərindəki hərbi bazaya baş çəkdiyini bildirib. 

Zelenski həmçinin Ukrayna xalqı adından Beynəlxalq Böyük Karl Mükafatını aldığını bildirib.

Gülay
OXŞAR XƏBƏRLƏR