Zelenski Azərbaycana Ukraynaya humanitar yardımlarına görə təşəkkür etdi

Zelenski Azərbaycana Ukraynaya humanitar yardımlarına görə təşəkkür etdi
SİYASƏT
22:23 01.06.2023
270
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirib.

AZXEBER.COM xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bunun çox yüksək qiymətləndirildiyini deyib.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olundu.
OXŞAR XƏBƏRLƏR