Zelenski azərbaycanlıları təltif etdi

Zelenski azərbaycanlıları təltif etdi
SOSİAL
22:00 14.01.2022
399
Ukrayna prezidenti Volodimir Zelenski 3 Azərbaycan vətəndaşını orden və medalla təltif edib.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, Zelenski bununla bağlı sərəncamı bu gün imzalayıb.

Sərəncama görə, Qasımov Mehralı Süleyman oğlu və Məhərrəmzadə Əlibala Səttar oğlu III dərəcəli "Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə "Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR