Zelenski beş ölkədəki səfiri vəzifəsindən azad etdi

Zelenski beş ölkədəki səfiri vəzifəsindən azad etdi
DÜNYA
21:34 24.06.2022
467
Ukrayna Prezidenti Vladimir Zelenski 5 ölkədəki səfiri vəzifəsindən azad edib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Zelenski bu gün imzaladığı fərmanla Ukraynanın Gürcüstan, Slovakiya, Portuqaliya, İran İslam Respublikası və Livandakı fövqəladə və səlahiyyətli səfirlərini işdən azad edib.

Zelenski daha əvvəl verdiyi açıqlamasında səmərəsiz fəaliyyət göstərən səfirləri vəzifəsindən azad edəcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR