Ukrayna lideri Volodimir Zelenski qışdan əvvəl Avropadan hava hücumundan müdafiə sistemi yardımı xahişini təkrarlayıb.
AZXEBER.COM xəbər verir ki, İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin (AST) 3-cü iclasında iştirak edən Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın hücumlarına qarşı hava hücumundan müdafiə sistemi yardımı istəyini təkrarlayıb.
Zelenski Qranadadakı AST iclas zalının girişində jurnalistlərə qısa açıqlamasında deyib: "Bizi çox çətin qış gözləyir. Qış boyu Rusiyadan çoxlu hücumlara məruz qalacağıq. Rusiya Avropa qitəsi üçün təhlükə olacaq. Buna görə də bizə mümkün qədər çox hava hücumundan müdafiə sistemləri və raketlər lazımdır”.
Gülay