Zelenski: "Bu gün Ukrayna üçün yaxşı xəbərlərin günüdür"

Zelenski: "Bu gün Ukrayna üçün yaxşı xəbərlərin günüdür"
DÜNYA
12:34 26.01.2023
323

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və Almaniyanın Ukraynaya tank tədarükü edəcəyini açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Zelenski videomüraciətində müttəfiq ölkələrin Ukraynaya tanklar göndərəcəyini bildirib.

Ölkəsində Rusiyaya qarşı müharibənin davam etdiyini xatırladan Zelenski Ukraynanın müharibədə qələbə qazanmaq üçün daha çox silaha ehtiyacı olduğunu qeyd edib.

ABŞ-nin Ukraynaya "Abrams” tankları və digər zirehli texnikaları və Almaniyanın "Leopard 2” tanklarını vermək qərarından məmnunluğunu ifadə edən Zelenski, ABŞ prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolza minnətdar olduğunu bildirib.

Müttəfiqlərin Ukraynaya tank yardımı etmək qərarını dəyərləndirən Zelenski "Bu gün Ukrayna üçün son dərəcə yaxşı xəbərlər günüdür", - deyə bildirib.

Zelenski Ukraynaya tankların göndərilməsi prosesinin sürətləndirilməsi lazım olduğunu, güclü tank bölməsi yaratmaq üçün səy göstərdiklərini bildirib.

Ayşən

OXŞAR XƏBƏRLƏR