Londonda çıxan "Financial Times” qəzeti Volodimir Zelenskini "İlin adamı” elan edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qərarın əsas səbəbi kimi "Ukrayna prezidenti xalqın müqavimətini təmsil edir və liberal demokratiyanın bayraqdarına çevrilib”. - deyilib.
O, amansız işğalçı ilə qarşılaşmaq əvəzinə oğlu ilə balıq tutmağa getmək istəyir.
"Mən cəsur olduğum üçün çox məsuliyyətliyəm. İnsanları məyus etməyə nifrət edirəm", - Zelenski bu qəzetə açıqlamasında deyib.
Qeyd olunub ki, Vladimir Zelenskinin hücumların əvvəlindən ABŞ-ın təxliyə təklifini qəbul etmək əvəzinə Kiyevdə qalmaq qərarı müharibənin ən mühüm anlarından biri olub və Ukrayna ordusu və xalqını müqavimətə sövq edib.
Bildirilib ki, Ukrayna liderinin qərarı ölkə xalqı və onun Qərb müttəfiqləri üçün "sürpriz” olub.
Mikayıl