Ukrayna Prezidenti Vladimir Zelenski Yuliya Sviridenkoya ölkənin Nazirlər Kabinetinə rəhbərlik etməyi təklif edib.
AZXEBER.COM Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıb.
"Vladimir Zelenski Yuliya Sviridenkoya Ukrayna hökumətinə rəhbərlik etməyi və onun işini əhəmiyyətli dərəcədə yeniləməyi təklif edib", - məlumatda bildirilib.
Xatırladaq ki, Yuliya Sviridenko Baş nazirin birinci müavini və iqtisadiyyat naziridir.
Daha öncə Zelenskinin onu baş nazir təyin edəcəyi, hazırkı baş nazir Denis Şmıqalın müdafiə naziri olacağı, müdafiə naziri Rüstəm Umerovun isə ABŞ-a səfir göndəriləcəyi haqda məlumat yayılmışdı.