Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində Rusiyaya qarşı davam edən müharibədə ən ağır toqquşmaların Donbas bölgəsində davam etdiyini və müharibə nəticəsində bütün bölgəni Rusiya ordusundan geri alacaqlarını bəyan edib.
AZXEBER.COM xəbər verir ki, Ukrayna təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşdüklərini və müharibə ilə bağlı son hadisələri müzakirə etdiklərini bildirən Zelenski ən şiddətli qarşıdurmaların Luqansk və Donetsk bölgələrində baş verdiyini qeyd edib.
Sözügedən bölgələrdə Rusiya qüvvələrinə qarşı döyüşərək Rusiya qüvvələrinin irəliləməsinə imkan vermədiklərini ifadə edən Zelenski, "Donbas üçün müharibə davam edir",- deyə bildirib.
Zelenski Rusiya qüvvələrinin xüsusilə Donetsk bölgəsindəki Soledar şəhərini ələ keçirmək üçün səy göstərdiyini bildirib:
"İşğalçılar indi ən böyük səylərini Soledara yönəltsələr də, bu çətin və uzun müharibənin nəticəsi bizim xeyrimizə olacaq".
Ayşən