Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırdı

Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırdı
DÜNYA
13:02 11.04.2022
598
Ukrayna Prezidenti Volodimir Zelenski dünya şirkətlərini Rusiya ilə əlaqələri kəsməyə çağırıb.

O, bu barədə Cənubi Koreya parlamentində çıxışı zamanı deyib.

"Təkcə ayrı-ayrı dövlətlər deyil, həm də dünya şirkətləri Rusiya ilə bütün əlaqələri, ilk növbədə isə neft sahəsində əlaqələri kəsməlidir. Rusiya hələ də hiss etmir ki, dayanmaq lazımdır. Bu, o deməkdir ki, təkcə dövlət səviyyəsində deyil, daha çox iş görülməlidir. Rusiya banklarının qlobal maliyyə sistemləri ilə əlaqələri tamamilə qırılmalıdır”, - o bildirib.
 
//Report
OXŞAR XƏBƏRLƏR