Zelenski ərazilərin bir hissəsini itirməklə sülhə razı olduğunu bəyan etdi

Zelenski ərazilərin bir hissəsini itirməklə sülhə razı olduğunu bəyan etdi
DÜNYA
01:30 22.10.2026
143
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin bəzi əvvəlki ərazilərini itirmək bahasına sülh müqaviləsi bağlamağa razı olub-olmadığı barədə verilən sualı müsbət cavablandırıb.
 
Dövlət başçısı "Fox News" kanalının müxbirinin "münaqişənin necə başlamasından asılı olmayaraq dövlətin 75 faizini və ya daha çoxunu qoruyub saxlamağı nəzərdə tutan razılaşmanı qəbul edərdimi" sualına belə reaksiya verib:

"Bəli. Əgər biz hər şeyi elə bu an dondurmaq məcburiyyətindəyiksə, mənə elə gəlir ki, bu, müharibəni yekunlaşdırmaq üçün real yoldur".
 
///oxu.az///
OXŞAR XƏBƏRLƏR