Zelenski Fransaya getdi

Zelenski Fransaya getdi
DÜNYA
21:59 03.09.2025
206
Ukrayna prezidenti Volodimir Zelenski "İstəklilər koalisiyasına” daxil olan Avropa ölkələrinin liderləri ilə görüşmək üçün Fransaya gedib.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merts "İstəklilər koalisiyası"nın iclasının sentyabrın 4-də keçiriləcəyini bildirmişdi. Görüş videokonfrans vasitəsilə keçiriləcək.

Mertsin sözlərinə görə, əsas müzakirə mövzusu Ukrayna üçün təhlükəsizlik təminatları və onun gələcək dəstəyi ilə bağlı məsələlər olacaq. Almaniya kansleri qeyd edib ki, Ukrayna üçün "ən mühüm təhlükəsizlik zəmanəti” onun ordusuna kifayət qədər dəstək verməkdir. "İstəklilər koalisiyası” Ukrayna Silahlı Qüvvələrinə yardımı davam etdirmək niyyətindədir. 
 
/unikal
OXŞAR XƏBƏRLƏR