Rusiya Ukrayna müharibəsinin 26-cı günündə Zelenski diqqətçəkən açıqlama verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Zelenski İsrailin baş naziri Bennetin Rusiyanı dialoqa çağırdığını bildirib.
"Hətta Qüdsdə görüş keçirmək mümkündür. Əgər bu mümkün olarsa, sülh üçün düzgün qərar vermək olar", deyə Zelenski bildirib.
Martın 20-də İsrail parlamentinin xüsusi iclasına videokonfrans vasitəsilə qoşularaq deputatlara müraciət etdiyini xatırladan Zelenski İsrail xalqından gözlədikləri dəstəyi ala biləcəklərini qeyd edib.
Zelenski sülhə nail olmaq üçün Rusiya prezidenti Vladimir Putinlə dialoqun qurulmasının zəruriliyinə diqqət çəkib və sözlərini belə davam etdirib:
"İsrailin baş naziri (Naftali Bennett) bizi Rusiya ilə dialoqa çağırır və mən buna görə minnətdaram. Söhbət Putinlə dialoqdan gedir, bu, gec-tez baş verəcək və hətta Qüdsdə də görüş keçirmək mümkündür. Əgər bu mümkün olsa, sülh əldə olunacaq, bu, sülh üçün düzgün qərar olar”.