Zelenski: İsrailin “Patriot” sistemi bir aydır Ukrayna səmasını qoruyur

Zelenski: İsrailin “Patriot” sistemi bir aydır Ukrayna səmasını qoruyur
DÜNYA
22:06 27.09.2025
172
İsrail Ukraynaya "Patriot” hava hücumundan müdafiə sistemi təhvil verib və sistem artıq bir aydır ki, Ukrayna səmasını qoruyur. Ukrayna bundan başqa daha iki sistem gözləyir.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə RBK-Ukrayna məlumat yayıb.

"İsrailin sistemi Ukraynada bir aydır fəaliyyət göstərir. O artıq bir aydır işləyir. Payızda iki "Patriot” sistemi alacağıq. Gəlin bunu edək və mən "Patriot” haqqında daha heç nə deməyəcəyəm", - Zelenski deyib.

Agentlik qeyd edir ki, növbəti iki "Patriot”un alınması İsraildən deyil, digər tərəfdaşlardan, çox güman ki, Almaniyadan olacaq.

OXŞAR XƏBƏRLƏR