Ukrayna prezidenti Volodimir Zelenski Kiyev hərbi administrasiyasına yeni rəhbər təyin edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyev şəhər hərbi administrasiyasının rəhbərini dəyişib.
Bu barədə dövlət başçısının saytında dərc olunan sərəncamlarda deyilir.
Belə ki, 732/2022 saylı fərmanla Nikolay Jirnov Kiyev şəhər hərbi idarəsinin rəisi vəzifəsindən azad edilib. O, bu il martın 1-də bu vəzifəyə təyin edilib.
733/2022 saylı fərmanla prezident Sergey Popkonu bu vəzifəyə təyin edib.
Ayşən