Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq

Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq
DÜNYA
18:35 13.10.2026
136
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə beş ballistik raketlə zərbə endirildiyini və hücumdan əvvəl tərəfdaşlardan xəbərdarlıq almadıqlarını bildirib.

AZXEBER.COM xəbər verir ki, Zelenski bu barədə Telegram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, raketlər Kiyevin mülki infrastrukturunu hədəfə alıb. Ukrayna prezidenti Rusiyanın ballistik raket buraxılışları barədə kəşfiyyat məlumatlarının insanların həyatını xilas etməyə kömək etdiyini vurğulayıb.

Zelenski Rusiyanın Xarkovda yaşayış binasına zərbəsi nəticəsində dörd nəfərin öldüyünü, 41 nəfərin yaralandığını da bildirib. O qeyd edib ki, dağıntılar altında qalan insanların axtarışı üçün xilasetmə əməliyyatı gecə boyu davam edib.

Ukrayna prezidentinin sözlərinə görə, ABŞ prezidentinin enerji sektorunda atəşkəs elan etməsindən sonrakı iki gün ərzində Ukrayna Rusiyanın neft emalı müəssisələrinə və enerji obyektlərinə zərbə endirməyib. Lakin Rusiya Ukraynanın enerji obyektlərini və kritik infrastrukturunu hədəfə almağa davam edib. Bu müddətdə ölkənin 19 regionu hücumlara məruz qalıb.

Zelenski Ukraynanın gərginliyin azaldılması üçün qarşılıqlı addımlara hazır olduğunu, bunun üçün Rusiyaya təsirli təzyiq göstərilməsinin vacibliyini bildirib.

O, tərəfdaşları Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. Zelenski vurğulayıb ki, Moskvaya yardım göstərilməsi və Ukraynanın ballistik hücumlardan müdafiəsinə maneələr yaradılması sülhün əldə olunmasına xidmət etmir.

Zelenski bəyan etdi ki, Ukrayna gərginliyin qarşılıqlı şəkildə azaldılması istiqamətində addımlar atmağa hazırdır, lakin bu, Rusiyaya qarşı təsirli təzyiq göstərilməsini tələb edir.
OXŞAR XƏBƏRLƏR