Parisə səfər edən Ukrayna lideri Volodimir Zelenski Fransa prezidenti Makronla görüşüb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Ukrayna prezidenti Volodimir Zelenski Parisdə görüşüb.
Makron və Zelenskinin Parisdə təxminən 3 saat davam edən görüşü ilə bağlı Yelisey Sarayından verilən ortaq açıqlamada iki liderin Ukrayna-Rusiya müharibəsini pislədikləri bildirilib. Rusiyanın Ukrayna ərazisindən hərbi qüvvələrini dərhal və qeyd-şərtsiz çıxarması lazım olduğu vurğulanaraq, Fransa və Ukraynanın da Rusiyanı Zaporojye atom elektrik stansiyasından çəkilməyə çağırdığı bildirilib.
Bəyanatda Fransanın Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sadiq olduğu vurğulanıb.
Paris rəhbərliyinin lazım olduğu müddətcə Ukraynaya siyasi, maliyyə, humanitar və hərbi dəstəyini davam etdirəcəyinə diqqət çəkən bəyanatda, Fransanın önümüzdəki həftələrdə çoxlu batalyona təlim keçəcəyi, onları onlarla zirehli maşın və yüngül tankla təchiz edəcəyi vurğulanıb.
Zelenski Fransa Prezidentinə Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq və Ukrayna sülh düsturu əsasında ədalətli sülhə nail olmaq üçün göstərdiyi diplomatik səylərə görə təşəkkür edib.
Prezidentlər Ukraynanın Avropa və Avro-Atlantik inteqrasiyasına dəstəyi məsələsini də müzakirə ediblər. Dövlət başçısı Ukraynanın 2023-cü ildə Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlamaq barədə qərarın qəbul olunacağına ümid etdiyini də əlavə edib və vurğulayıb ki, alyansa üzvlüklə bağlı müraciətinə cavab olaraq NATO-nun Vilnüs sammitinin konkret siyasi qərarlarını gözləyir.
Ayşən