Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəyə son qoymaq üçün liderlər səviyyəsində danışıqların lazım olduğunu ildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Kiyevdə keçirdiyi mətbuat konfransında Zelenski iki gün əvvəl İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Türkiyə-Rusiya-Ukrayna Üçtərəfli Görüşünü və digər hadisələri dəyərləndirib.
Zelenski qeyd edib ki, Ukrayna danışıqlar qrupu ilə görüş keçirib və İstanbul danışıqları ilə bağlı hesabatın ona təqdim edildiyini bildirib.
Zelenski, Türkiyədəki danışıqlar zamanı Rusiya ilə yeni mübadilələrə razılaşdıqlarını xatırladaraq, "Daha çox mübadilə ilə bağlı razılaşmalar var. Ümid edirəm ki, daha çox əsgərimizi əsirlikdən geri qaytara bilərik. 1200 əsgərin geri dönəcəyi ilə bağlı razılaşma var" dedi.
Zelenski Rusiya tərəfi ilə müharibəyə son qoymaq üçün İstanbulda liderlərin görüşünü təklif etdiklərini də xatırladıb və əlavə edib:
"Bizə müharibəni bitirmək lazımdır və bu, yəqin ki, liderlər arasında görüşlə başlayacaq. Başqa cür etmək mümkün deyil. Bizə liderlərin görüşünün gündəliyi lazımdır. Məsələ burasındadır ki, biz həmişə bu məsələni açıq şəkildə qaldırırıq. İndi ruslar bizimlə bu barədə danışmağa başlayıblar. Bu, görüş formatına doğru bir addımdır".
Gülay