Zelenski: “Odessanı qorumaq üçün əlavə “SAMP-T” və ya “Patriot”lərə ehtiyacımız var”

Zelenski: “Odessanı qorumaq üçün əlavə “SAMP-T” və ya “Patriot”lərə ehtiyacımız var”
DÜNYA
17:46 19.07.2023
198
"Odessanı Rusiyanın hava hücumlarından qorumaq üçün Ukraynanın əlavə "SAMP-T” və ya "Patriot” zenit-raket kompleksinə ehtiyacı var”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə bildirib.

Onun sözlərinə görə, Kiyev hazırda "SAMP-T” sistemlərindən istifadə edir.

Lakin dövlət başçısı bu sistemlərin harada yerləşdiyi barədə danışmayıb.

Ukrayna lideri həmin sistemlərin əla iş gördüklərini vurğulayıb.

"Əgər bizdə müvafiq əlavə sistemlər olsaydı, onlar təkcə liman infrastrukturunu deyil, Odessanın infrastrukturunu da qoruyardılar. "Patriot” zenit-raket kompleksi də Ukraynanın qorunmasına kömək edir. Lakin bütün bunlar hələ də müvafiq infrastrukturu qorumaq üçün kifayət deyil", - V.Zelenski söyləyib.
 
///Report
OXŞAR XƏBƏRLƏR