Zelenski onları vəzifəsindən uzaqlaşdırdı

Zelenski onları vəzifəsindən uzaqlaşdırdı
DÜNYA
00:03 18.07.2022
393
Ukrayna prezidenti Vladimir Zelenski İvan Bakanovu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, İrina Venediktovanı isə Baş prokuror vəzifəsindən uzaqlaşdırıb.

AZXEBER.COM "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti müvafiq fərmanlar imzalayıb.

Belə ki, Zelenski Venediktovanı vəzifəsindən uzaqlaşdıraraq, baş prokuror vəzifəsini onun müavini Aleksey Simonenkoya tapşırıb.
OXŞAR XƏBƏRLƏR