Poltavada Rabitə İnstitutu və xəstəxanaya iki ballistik raketin düşməsi nəticəsində 41 nəfər ölüb, 180-dən çox insan yaralanıb.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
Onun sözlərinə görə, institutun binalarından biri qismən dağılıb, insanlar dağıntılar altında qalıb.
"Mən hadisənin baş vermə şəraitinin tam və operativ şəkildə araşdırılması ilə bağlı göstəriş vermişəm", – V.Zelenski qeyd edib.
///report